İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Bu, müharibə başlayandan bəri ən böyük hücumdur” – Rusiya 315 dronla Kiyevi vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 10 iyun gecəsi həyata keçirdiyi hücumu müharibə dövründəki ən genişmiqyaslı hücumlardan biri adlandırıb.

Musavat.com xəbər verir ki, Zelenskinin məlumatına görə, Rusiya ordusu həmin gecə Ukrayna ərazisinə 315 kamikadze dronu və 7 qanadlı raket buraxıb. Nəticədə paytaxt Kiyev də daxil olmaqla, müxtəlif bölgələrdə yaşayış binaları və şəhər infrastrukturu zərər görüb.

“Odessada hətta doğum evi hədəf alınıb. 13 nəfər yaralanıb. Təəssüf ki, ölənlər də var”, – deyə Ukrayna lideri bildirib.

Zelenski ABŞ və Avropa ölkələrini Rusiyaya qarşı “sərt təzyiq” göstərməyə çağırıb və bunu “sülh naminə” atılmalı addım kimi dəyərləndirib.

 Musavat.com
 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR