Onlayn ictimai-siyasi qəzet
Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdə olan Ukrayna lideri Volodimir Zelenski prezdient köşkündə olub.
“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın Zelenskini qarşılama mərasimi zamanı çəkilən bir foto böyük marağa səbəb olub.
Belə ki, sözügedən fotoda diqqət çəkən məqam Ərdoğanın Qərbin tək buraxdığı Zelenski ilə çətirini paylaşması olub.
Türkiyə KİV-lərinin yazdığına görə, Ərdoğan bununla Putinə və Trampa Zelenskinin onun mühfizəsi altında olduğu mesajını vermək istəyib. Qeyd edək ki, həmin detal sosial şəbəkədə istifadəçilərin də marağına səbəb olub.
Xatırladaq ki, Ərdoğan və Zelenski arasında baş tutacaq ikitərəfli görüşdən sonra saziş imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ