Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts telefon danışığı zamanı ordunun gücləndirilməsi üçün gələcək əməkdaşlığı müzakirə edib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün tviter səhifəsində məlumat verib.
“Almaniya kansleri Olaf Şolts ilə telefon danışığım oldu. Mən ona böyük müdafiə paketinə, o cümlədən də onlarla “Marder” və “Patriot” batareyasına görə təşəkkür etdim”, - o yazıb.
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ