Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə danışıqlar zamanı vasitəçilər ABŞ və Çin ola bilər. Bu, Ukrayna üçün müharibənin ədalətli başa çatmasına imkan verəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verr ki, bu sözlər Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən səslənib.
“Bilirəm ki, onların çox böyük problemləri var. Amma mənə elə gəlir ki, əgər bu müharibənin Ukrayna üçün, bütün dünya üçün ədalətli bitməsini istəyiriksə, Putini birlikdə dayandırmaq üçün haradasa mövqelər tapmalı olacaqlar. Hər biri öz yolu ilə, amma birlikdə” - dedi.
Prezidentin sözlərinə görə, əks halda müharibəyə son qoyulması təklif ediləcək və bu, Ukrayna üçün ədalətli olmayacaq.
“Çünki Rusiya oyun oynayacaq. Putin görəcək ki, dünyanın əksər hissəsi Ukraynanın tərəfində deyil və dünya bölünüb. O və komandası daim bunun üzərində işləyir. Ona görə də mənə elə gəlir ki, ən güclü təsir vasitəsi ABŞ və Çinin qarşılıqlı təzyiqidir”, - deyə Zelenski bildirib.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ