Onlayn ictimai-siyasi qəzet
İran hökuməti Əfqanıstandan olan qaçqınları kütləvi şəkildə qərb sərhədləri vasitəsilə – İraq və Türkiyə istiqamətində deportasiya etməyi planlaşdırır. Bu barədə The Guardian nəşri məlumat yayıb.
Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə, bu addım Tehranın yeni, daha aqressiv strategiyasının tərkib hissəsidir. Siyasətin sərtləşdirilməsi, İranın nüvə obyektlərinə mümkün hücumlar və BMT sanksiyalarının yenidən tətbiqi ehtimalı fonunda həyata keçirilir.
Hazırda İranda 2 milyondan çox əfqan qaçqın yaşayır və onların böyük hissəsi qeyri-qanuni statusdadır.
2025-ci ildə artıq 1 milyona yaxın əfqan qaçqın ölkəsinə geri qaytarılıb. İyun ayında İsrailin İran obyektlərinə endirdiyi zərbələrdən sonra deportasiyaların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Musavat.com
05 Oktyabr 2025
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ