İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Qəzza ilə bağlı SENSASİON bəyanat: “Tezliklə həyata keçiriləcək”

ABŞ prezidenti Donald Tramp Qəzza sektorunda münaqişənin tənzimlənməsi ilə bağlı hazırladığı planın yaxın zamanda reallaşacağını bəyan edib.

Musavat.com xəbər verir ki, Tramp açıqlamasında bildirib:

“Bu, İsrailin razılaşdığı ilkin geriçəkilmə xəttidir. HƏMAS bu plana razılıq verdiyi anda atəşkəs dərhal başlayacaq və bundan sonra girovların azad edilməsi mərhələsi həyata keçiriləcək.”

Tramp qeyd edib ki, onun planı bölgədə sabitliyi bərpa etməyə və uzunmüddətli sülhün əsasını qoymağa yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2025

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR