İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovanın arqumenti statistika ilə puç oldu – Baltikyanı ölkələr Rusiyanı geridə qoyur

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Baltikyanı ölkələrin SSRİ dağıldıqdan sonra kasıblaşdığını və “Avropanın dalanına” çevrildiyini iddia edib.

Musavat.com xəbər verir ki, o, bu fikrini iqtisadi göstəricilərlə əsaslandırmağa çalışsa da, təqdim etdiyi statistika əks nəticəni ortaya qoyub.

Zaxarovanın təqdim etdiyi rəqəmlərə görə, Baltikyanı ölkələrdə həm orta, həm də minimum əməkhaqqı Rusiyadan dəfələrlə yüksəkdir:

 Orta əməkhaqqı:
– Litva: 2338 avro
– Estoniya: 2269 avro
– Latviya: 1757 avro
– Rusiya: 565 avro

 Minimum əməkhaqqı:
– Litva: 1038 avro
– Estoniya: 886 avro
– Latviya: 740 avro
– Rusiya: 239 avro

Məlumatlar Zaxarovanın “kasıblaşma” iddialarını təkzib edir. Əksinə, bu göstəricilər Baltikyanı ölkələrin iqtisadi rifah baxımından Rusiya ilə müqayisədə daha əlverişli mövqedə olduğunu ortaya qoyur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR