Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentliyinə Respublikaçılar partiyasından qalib gələn namizəd Donald Trampın münaqişələrə son qoymağın zəruriliyi ilə bağlı tezisi konkret addımların atılmalı olduğunu deməyə əsas verir.
Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə “Valday” klubunun 21-ci illik toplantısı zamanı deyib.
“Əlbəttə, bu tezislərin ardınca hamının diqqət mərkəzində olan konkret hərəkətlər olmalıdır”, - diplomat bildirib.
Tramp daha əvvəl prezidentliyi dövründə bütün müharibələrə son qoymaq istədiyini bildirmişdi. O qeyd edib ki, münaqişələrə başlamaq fikrində deyil, əksinə, onları dayandırmaq niyyətindədir.
Rusiya siyasilərinin fikrincə, Trampın əsas addımı Ukraynaya yardımı dayandırmaq olmalıdır ki, RF ordusu qəti hücuma keçərək Ukraynanı tamamilə işğal edə bilsin.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ