Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Hindistan hökuməti Rusiya ilə yeni hərbi texnika tədarükü üzrə danışıqlara başlayıb. Söhbət Su-57 qırıcılarının və S-400 zenit-raket sistemlərinin əldə olunmasından gedir.
Məlumata görə, Dehlinin bu qərarına Fransa istehsalı olan “Rafale Mirage” qırıcılarının çatdırılmasında gecikmələr və ABŞ-la hərbi-texniki əməkdaşlıqda üzləşdiyi problemlər təsir edib.
Hindistan tərəfi hesab edir ki, son Pakistanla qarşıdurma zamanı S-400 sistemləri yüksək effektivlik göstərib. Bunun əksinə olaraq, Qərb texnikalarının Çin istehsalı silahlar qarşısında zəif performans nümayiş etdirdiyi bildirilir.
Musavat.com
30 Sentyabr 2025
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ