Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hökuməti ölkədə mənzil böhranının qarşısını almaq məqsədilə 12 yeni şəhərin tikintisi ilə bağlı genişmiqyaslı proqram açıqlayıb.
Musavat.com xəbər verir ki, layihə ölkənin müharibədən sonrakı bərpa dövrünü xatırladır. Xatırladaq ki, Klement Ettlinin rəhbərlik etdiyi leyborist hökuməti (1945–1951) qısa müddətdə bir milyondan çox ev inşa etmişdi.
300 min ev inşa olunacaq
Yeni proqram çərçivəsində qarşıdakı onilliklərdə 300 minə qədər mənzilin tikilməsi planlaşdırılır. Rəsmi məlumatlara görə, bu evlərin azı 40 faizi “əlçatan mənzil”, mühüm hissəsi isə sosial evlər olacaq.
İlk şəhərlər bəlli oldu
Artıq tikinti üçün ilk üç ərazi seçilib:
Tempsford (Bedfordşir)
Crews Hill (şimal London)
Leeds South Bank (Lids)
Rəsmi açıqlamaya görə, bu ərazilərdə inşaat işlərinə növbəti ümumi seçkilərdən əvvəl start veriləcək.
Hədəflər və maneələr
Layihə yalnız evlərlə məhdudlaşmır – yeni şəhərlərdə məktəblər, səhiyyə mərkəzləri, parklar və müasir nəqliyyat infrastrukturu da yaradılacaq. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, torpaq seçimi, maliyyələşmə, ekoloji normalara riayət edilməsi və uzunmüddətli siyasi iradə kimi faktorlar layihənin gələcəyinə təsir göstərə bilər.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ