İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitkoff vəzifəsindən gedəcək

ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff 2025-ci ilin sonuna kimi vəzifəsini tərk edə bilər. Musavat.com xəbər verir ki, məlumatı “The Times of Israel” öz mənbələrinə istinadən yayıb.

Qəzetin yazdığına görə, Vitkoffun istefası Qəzza zolağında münaqişə həll olunandan sonra baş verəcək. Times of Israel xəbər verir ki, xüsusi nümayəndənin ofisi artıq tezliklə dəyişiklikləri gözləyir.

Rəsmi olaraq Vitkoff ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır, lakin Ağ Evin xüsusi rəğbətinə malikdir. O, Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra Rusiyaya səfər edən yeni administrasiyanın ilk nümayəndəsi oldu. Onun ilk səfəri fevralın 11-də baş tutub.Vitkoff  Rusiyada narkotik qaçaqmalçılığına görə məhkum edilmiş və səfəri ərəfəsində Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv edilmiş amerikalı Mark Vogeli götürmək üçün Moskvaya gəlib. Daha sonra, aprelin 25-də Vitkoff Rusiya lideri ilə rəsmi görüş üçün ikinci dəfə Moskvaya gedib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR