Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova əmindir ki, ruslar xaricdə insanların onlar haqqında nə düşündüyünə əhəmiyyət vermirlər.
Musavat.com xəbər verir ki, o, bu mövzuda “Sputnik” radiosunda danışıb.
“Artıq bizi maraqlandırmır: onlar orada rusofobluq edirlər, yoxsa rusofobluq etmirlər. Biz sizi əsəbiləşdiririk? Hiddətlənməkdə davam edirsiniz? Təəssüf edirik. Ancaq bu hal məntiq çərçivəsində kənara çıxsa, təəssüf etmirik”, - diplomat bildirib.
O əlavə edib ki, öz ölkələrinin özünü necə hiss etməsi həmvətənlər üçün daha vacibdir. “Rusiyanın başqa prioritetləri var”, - Zaxarova deyib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev müvafiq mövzuda danışaraq deyib ki, çılğın yaşlı qadına çevrilən Avropa dünyada rusofobiyanın əsas qalasına çevrilib.
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ