İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: “Rusiya üçtərəfli işçi qrupun işini yüksək qiymətləndirir”

“Rusiya tərəfi üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirir”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində əsas vəzifələrdən biri hesab edirik”, - M.Zaxarova bildirib.

Rusiya XİN rəsmisi qeyd edib ki, üçtərəfli işçi qrupun həmsədrləri bütün tərəflərə uyğun həll yolları hazırlamaq üçün müntəzəm olaraq əlaqədədirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR