İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Paşinyanı "filosofluq" etməməyə ÇAĞIRDI

Zaxarova Paşinyanı “filosofluq” etməyi dayandırmağa çağırıb.

Konkret.az xəbər verir ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın Rusiyanın təklifləri əsasında sülh sənədini imzalamağa hazır olması ilə bağlı bəyanatına münasibət bildirib.

“Rəsmi İrəvanın eyni məsələ ilə bağlı bəyanatları ciddi şəkildə fərqlənir. Belə olanda Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.

Konfrans zamanı Ermənistanın Baş naziri Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda, Qərbin təşviq etdiyi münaqişənin hansısa “hərtərəfli həllinə” üstünlük verilməsindən danışıb.

Bakı ilə sülh müqaviləsi hazırlayarkən İrəvanın 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmağa razı olması danışıqlar prosesinin məntiqini kökündən dəyişdi.

Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq edib. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə İrəvan arasında sülh prosesində bu halı gözardı etmək çox çətindir.

Onu da xatırlatmaq istərdik ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi.

İki ölkənin liderləri buna razılıq veriblər. Bunun üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi olub.

Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu.

Erməni tərəfdaşlar üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli icrasında və problemlərin həllində maraqlıdırlarsa, o zaman filosofluğu dayandırıb, birgə işi davam etdirmək lazımdır.

Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təmin etmək təklifi qüvvədə qalır”, – deyə diplomat bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR