Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna açıqlamasında deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin iki gün ərzində yayımlanacağını gözləmək olar.
Musavat.com AiF.ru saytına istinadla xəbər verir ki, M.Zaxarova bu barədə belə deyib: "Müsahibə böyük miqyaslıdır, bir saat yarımdan çoxdur".
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Lavrovun Karlsonla söhbəti çox maraqlı olub. Görüş zamanı xüsusilə Ukrayna və Rusiya-Amerika münasibətləri mövzularına toxunulub.
Bundan əvvəl Zaxarova xarici işlər nazirinin amerikalı jurnalistlə müsahibəsinin çəkilişindən foto dərc edib.
Onu da qeyd edək ki, amerikalı jurnalist Taker Karlson bu ilin fevral ayında RF prezidenti Vladimir Putindən də geniş müsahibə götürüb. Putinin Rusiya tarixi və dövlətin müasir dövrdəki siyasati barədə monoloqlar söylədiyi həmin müsahibə dünya miqyasında böyük maraqla qarşılanıb, müsahibənin elektron variantının baxış sayı milyonlarla ölçülüb.
Həmin müsahibədə Moskvapərəst mövqeyi açıq hiss olunan jurnalist Karlson öz ölkəsində sərt tənqidlərə məruz qalıb. Ancaq o, Rusiyaya, Putinə haqq qazandıran açıqlamalarla çıxış etməkdə davam edib. Karlsonun indi Lavrovdan müsahibə götürməsi həm də onu göstərir ki, o, öz xəttinə sadiqdir.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ