İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Alen Simonyana CAVAB VERDİ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə Ermənistan Parlamentinin spikeri Alen Simonyan arasında söz savaşı davam edir.

Bu gün keçirdiyi brifinqdə Zaxarova Simonyanın “Rusiyanın gücü ancaq Ermənistana çatır?” sualına cavab verib. O, Simonyanı Rusiya parlamentarilərinin Ermənistan parlamentinə göndərdiyi müraciətə cavab hazırlamağı məsləhət görüb.

“Ümid edirəm ki, bu cür bəyanatlarla çıxış edənlərin bu il aprelin 24-də Rusiya parlamentarilərinin müraciətinə cavab göndərməyə gücü çatacaq. Belə bir cavab alan kimi biz onu diqqətlə öyrənəcəyik və lazım gələrsə, açıq şəkildə şərh edəcəyik. Cavab hazırlamaq üçün (rəsmi İrəvana-red) güc arzulayırıq ”, - deyə Rusiya XİN sözçüsü Simonyanın “Belarus və Türkiyə də yeni ərazilərin Rusiyanın tərkibinə daxil olmasını tanımır, gücünüz ancaq bizə çatır?” sualı və bəyanatına cavab verib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR