Onlayn ictimai-siyasi qəzet
“Soyqırım”ın tanınması prosesi başa çatıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə müsahibəsində Ermənistanın diasporla iş üzrə səlahiyyətli nümayəndəsi Zare Sinanyan deyib.
“Diasporda boşluq yaranıb. “Erməni soyqırımı” faktının tanınması prosesində iştirak edən ən böyük strukturlardan biri meydanı tərk edib. 30 il ərzində biz “soyqırımı” tanıtmaq üçün diasporda nəhəng resurslardan istifadə etmişik, taktiki nəticələrimiz var, lakin eyni zamanda strateji nəticələrə nail olmamışıq. “Soyqırım” bir çox ölkələrdə tanınmasına rəğmən, erməni xalqının təhlükəsizliyi bu günə qədər yaxşılaşmayıb. Biz əsrlər boyu dövlətçiliyi olmayan bir xalq olaraq 2 həftə necə yaşayacağımızı düşünürdük. Bizə strateji düşüncə lazımdır”, - deyə Sinanyan bildirib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ