Onlayn ictimai-siyasi qəzet
Ukraynada keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə görə, sabiq Silahlı Qüvvələrin Baş Komandanı Valeriy Zalujnıy xalq arasında ən yüksək etibar qazanan şəxs olub.
Musavat.com sorğunu "Socis" sosioloji mərkəzi keçirib.
Sorğunun nəticələrinə əsasən, Zalujnıya 71%-dən çox iştirakçı etibar edir. İkinci yerdə Ukrayna Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanov qərarlaşıb, onun etibar reytinqi 46,7%-dir.
Prezident Vladimir Zelenski isə 40,8% etibar reytinqi ilə üçüncü yerdə yer alıb.
Bu nəticələr Ukraynada ictimai rəyin mövcud liderlər arasında necə bölündüyünü göstərir və ölkədəki siyasi iqlimə dair mühüm göstərici hesab olunur.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ