İnsanlara hürriyət, millətlərə istiqlal!

Zalujnı öldürülüb?

Rusiya mənbələri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanın mayın 7-8 aralığında Baxmut və ya Pavloqradda öldürülə biləcəyini iddia edir

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının müəmmalı şəkildə yoxa çıxması onun öldürülə biləcəyi ilə bağlı iddiaları artırıb. Zalujnı aprelin sonunda qəflətən həmişə aktiv olduğu informasiya məkanından yoxa çıxıb. Rəsmi Kiyevin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının yaralanması və ya ölməsi faktını təsdiqləməməsinə baxmayaraq, indiyədək bunu sübut edən hər hansı fakt da təqdim etməyib.

Rusiya mənbələri Zalujnının mayın 7-8 aralığında Baxmut və Pavloqradda öldürülə biləcəyini iddia edirlər. Sosial şəbəkələr Zalujnının mayın 10-da NATO komandanlığı ilə videokonfransa qatılmamasına da diqqət çəkib. Zalujnının aprelin ikinci yarısından bəri Ukrayna mətbuatında yerləşdirilən bütün şəkillərinin köhnə olduğu deyilir.

ermak-zaluzhnyj-i-reznikov-780x470.jpg (55 KB)

Hətta internetdə hərbi formada çox yararsız bir cəsədin fotosunun Zalujnıya məxsus ola biləcəyi də yayılan iddialar sırasındadır. Rusiya mənbələri istisna etmir ki, Zalujnı hava zərbələrinin birinin altına düşərək ölüb.

“Vaqner”in təmsilçisi Yevgeni Priqojin də ilk dəfə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnın məhv edilə biləcəyi haqda danışıb.Priqojinin sözlərinə görə, “Vaqner” mayın 10, 11 və 12-də bir sıra əməliyyatlar həyata keçirib. Ancaq o, uğurlu əməliyyatlar zamanı Zalujnın da öldürülə biləcəyini birmənalı təsdiqləməyib.

Rusiyalı hərbi ekspertlər Zalujnının, təcrübəli ordu rəhbəri kimi qiymətləndir, Ukrayna ordusunun formalaşmasında mühüm rol oynadığını qeyd edirlər.

Qeyd edək ki, hazırda da döyüşlərin getdiyi Baxmut ətrafındakı vəziyyətlə bağlı Ukrayna prezidenti Zelenski ilə Zalujnı arasında fikir ayrılığı yarandığı deyilirdi. Bu barədə hətta Almaniyanın "Bild" nəşri də yazmışdı. Nəşrin məlumatında bildirilirdi ki, Zalujnı və Zelenskinin Baxmutda necə hərəkət etməklə bağlı tamamilə fərqli baxışları var.

resize (3).jpg (435 KB)

"Bild" Kiyevin siyasi rəhbərliyindəki bir neçə mənbədən öyrənib ki, bir neçə həftə əvvəl Zalujnı taktiki səbəblərə görə Baxmutdan geri çəkilməyi nəzərdən keçirməyi tövsiyə edib”, - məqalədə deyilirdi.

Eyni zamanda, Kiyev hakimiyyətindən nəşrə bildirilib ki, onlar Baxmutun saxlanılmasını davam etdirmək qərarını düzgün hesab edirlər. Bununla belə, adı açıqlanmayan ukraynalı hərbi analitik nəşrlə söhbətində Ukrayna Silahlı Qüvvələrinin Zalujnının mövqeyini dəstəklədiyini deyib.

Zalujnı Ali Baş Komandan yüksək vəzifə almazdan əvvəl zabit karyerasının bütün pillələrini keçib. O, 2014-cü ildə Donbasda döyüş əməliyyatlarında iştirak edib, Silahlı Qüvvələrin Baş Komandanı olana qədər isə Şimal Əməliyyat Komandanlığına rəhbərlik edib.

2021-ci ilin sentyabrında Zalujnı vəzifəyə gəldiyi vaxtdan Rusiyanın tammiqyaslı təcavüzə hazırlaşdığını deyib.

Soyadı əsasən cəmi bir il əvvəl peşəkar hərbçilər tərəfindən tanınan Zalujnı müharibədən sonra Ukraynadan kənarda da diqqət çəkib. “Time” jurnalı onu dünyanın 100 ən nüfuzlu şəxsi siyahısına daxil edib.

Bu gün isə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Komitəsinin sədri, general Mark Millli Zalujnı ilə telefonla danışdığı xəbəri yayılıb.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR