Onlayn ictimai-siyasi qəzet
1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürən Zahid Orucun namizədliyi rəsmən qeydə alındı. Dairə Seçki Komissiyasının 28 iyul tarixli iclasında səlahiyyətli nümayəndələrin və müşahidəçilərin iştirakı ilə təqdim olunan 500 imzanın yoxlanılması şəffaf qaydada, hər bir iştirakçının şahidliyi və qanuni tələbləri izləyə bilməsi şəraitində nəzərdən keçirilib və bir gün sonra yekun qərar qəbul olunub.
Musavat.com xəbər verir ki, bu barədə Zahid Orucun Seçki Qərargahı məlumat yayıb.
Seçici imzalarının yığılması haqqında mətbuata verilən məlumatların - ərazinin mümkün qədər əksər dislokasiyalarının əhatə olunması - Neapol, Lütfi Zadə, Məzahir Rüstəmov, Məhəmməd Hadi küçələri, Əhmədli qəsəbəsi və Babək prospektində yaşayan vətəndaşların imzalarının düzgünlüyünün təsdiq edilməsi, o cümlədən, tələb olunan gəlir, əmlak deklarasiyaları və 1-ci maliyyə hesabatının qanuna müvafiqliyi nəzərə alınaraq, Zahid Orucun namizədliyi rəsmi qaydada tanınıb və müvafiq vəsiqə təqdim olunub:
"Ötən on illər ərzində Qarabağın humanitar və insani ağrılarını çiyinlərində daşıyan qədim Bərdənin təmsilçisi kimi siyasi mübarizələrdən keçən, parlamentarizm təcrübəsi qazanan və Ulu öndər Heydər Əliyev ideallarına sədaqəti ilə fərqlənən Zahid Orucun Seçki Platformasının hazırlanması zamanı Xətai rayonunun əsas sosial-iqtisadi göstəriciləri, sənaye potensialı və uğurları, vətəndaşları narahat edən problemləri və gələcək inkişaf proqramları nəzərə alınacaqdır. Başlıcası, fəaliyyətləri hər zaman ictimaiyyət və medianın nəzarəti altında olan millət vəkillərinin təmsil etdikləri bölgənin ictimai ruhunu və istəklərini yüksək tutması, vətəndaşların müraciətlərinə vaxtında cavab verməsi, secicilərin təkliflərini hakimiyyət orqanlarına çatdırması, dövlət quruculuğunda aktiv iştirak etməsi və digər tələblərin təbliğat-təşviqat kampaniyası zamanı görüşlərdə xüsusi vurğulanması qərara alınıb.
İndi ölkəmizin həyatında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan parlaq Qələbədən sonra Yeni Dövr başlanıb. 7-ci çağırış Yeni Parlamentin obrazı ilk növbədə, Zəfərimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, xalqla fəal kommunikasiya qurmaq bacarığı, beynəlxalq çağırışlara cavab verməyə qadir olan peşəkar insanlardan formalaşmasıdır. Xalqımızın həyatında açılan yeni səhifə-Qalib Yüz ilin qızıl sətirlərinin yazıldğı tarixi hadisələr-azad olunan torpaqlara Böyük Qayıdışın, milli varlığına Dönüşün və coğrafi böyümədən sonra siyasi-iqtisadi Yüksəlişin, ölkəmizin region və dünya siyasətində tarixi rolunun artdığı bir dövrdə millətimizin təmsilçisi olmaq şərəfli hadisədir, hər bir insan üçün böyük məsuliyyət və vəzifə deməkdir. “Ona görə də namizədliyimizi imzaları ilə təsdiqləyən, güvəncini və xeyir-duasını əsirgəməyən hər bir vətəndaşmıza səmimi təşəkkürlərimizi bildirir, onları əmin etmək istərdik ki, etimadlarını doğruldacağıq”.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ