İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: “Qiymətlər həm də su, elektrik enerjisi və yanacağın tariflərinin artırıldığı üçün yüksəlib"

“Yaşadığımız ildə minimum əmək haqqının 300 manat olması fonunda inflyasiyanın həddi istehlak səbətinin dəyərinin daha ədalətli indeksasiyasını tələb edirdi. Çünki məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşdan daha yüksəkdir”. 

Musavat.com bildirir ki, bu fikirləri Milli Məclisin komitə sədri Zahid Oruc parlamentin iclasında söyləyib. Z.Orucun sözlərinə görə, minimum istehlak səbətinin dəyərinin 10-dək artırılması o deməkdir ki, onun  strukturun ən azı 70%-ni qida məhsullarından formalaşan bu normativdə qida inflyasiyasının səviyyəsi 15%-dən yüksək olduğu üçün əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb: “Yəni, siz ötən ilin noyabrında 100 manata aldığınız ərzağı indi 115 manata deyil, 125 manata alırsınız. O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artırıb.  Nəhayət, bizim hazırki istehlak səbətimiz vətəndaşın mərkəzi istilik sisteminə çxışı normativinə söykənir, o zaman gəlin baxaq, yalnız əhalinin 10 faizinin belə mərkəzi sistemlərə çıxışı var. O zaman minimum istehlak səbətində müəyyənlışmiş kvota ilə bir ailəni 10 gündən artıq istiliklə təmin etmək mümkün deyil. Ona görə də Dünya Bankının ölkəmizi orta gəlirli ölkə kateqoriyasına aid etməsi halında bizim istehlak səbətinin 3-cü dünya ölkələri standartlarında saxlanması doğru deyil. Əgər qeyd olunan istiqamətdə dəyişikliklər aparılsa, əhalinin social təminatı yaxşılaşar”.

Z.Oruc qeyd edib ki, 2022-ci ildə yarım kq-lıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırılıb: “Müqayisə üçün deyək ki, çörək ən çox Macarsıtanda - 65 faiz, ən az Norveçdə - 8 faiz bahalaşıb.  Əslində . FAO təşkilatı dünyada qiymət artımının 23-cü ildə də davam edəcəyini bildirir. Xatırladaq ki, dünyada ən çox çörək istehlak edən xaqlar sırasındayıq. Hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Türkiyə üçün bu rəqəm 104 kq, Bolqarıstanda 95 kq və Yunanıstanda 89 kq təşkil edir. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”.

Komitə sədri bildirib ki, yükdaşımalar sahəsi ölkəmizin əlverişli coğrafi mövqeyi və dövlət başçısının strateji gerçəkləşdirdiyi layihələri, Şimal-Cənub dəhliizi, Şərq-Qərb tranzit qovşağı, Dəmir yolları şəbəkəsi və sairdən baxdıqda ən perspektivli sahə olmalıdır: “Xatırladaq ki, ötən ilin dəqiq rəqəmləri dərc olunmadığı üçün təsəvvür yaransın deyə, biz 2019-cu ilin nəticələrindən çıxış edərək ölkəmizin həmin ildə yükdaşımaların 250 milyon ton təşkil etdiyini deyə bilərik. Daşınan malların 88%-i avtomobil nəqliyyatı, 8.4 faizi dəmir yolu, 3.4 faizi dəniz və 0.1%-I hava nəqliyyatının payına düşür. Lakin büdcəni gəlirdən və vətəndaşları 100 milyonlarla dollar qazancdan məhrum edən, onları Rusiya, Türkiyə və Gürcüstan yükdaşımaçıları qarşısında zəif salan bir neçə amildir. İlk növbədə, iri yükdşıyan avtobillərin 2012-ci ilədək avro-5, həmin ildən sonra avro-6 standartlı yanacaq istifadə olunduğu halda neft ölkəsində biz hələ də onu kütləvi istehsal edə bilmirik”.

Komitə rəhbəri ardınca bildirib: “Beləliklə, maşın parkının köhnəliyi, ehtiyat hissələrinin bahalığı, logistika və anbar, qaraj və digər göstəricilərə malik böyük şirkətlərin yarana bilməməsi, qeyri-rəsmi “dozvol” adlanan sənədlərin alınmasında şəffaflığın olmaması, ixtisaslı kadrlarınyetişdirilməsində Təhsil Nazirliyinin ehtiyacları öyrənməməsidir. İndi dövlətimizin Vətən müharibəsində qələbəsindən, eləcə də Rusiya-Ukrayna savaşı ilə böyük qitələrarası iqtisadi əlaqəlarin köklü dəyişməsindən sonra Zəngəzur dəhlizinin açılmasından daha çox qonşu  dövlətlər və özəl kompaniyalar deyil, milli şirkətlərimiz qazanmalıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR