İnsanlara hürriyət, millətlərə istiqlal!

Zabit Səmədov karyerasını qələbə ilə başa vurdu

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

Musavat.com xəbər verir ki, "Mauqli" ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.

Bununla da Zabit Səmədov karyerasını bitirib.

O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: "Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm".

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR