Onlayn ictimai-siyasi qəzet
Politoloq Yusif Bağırzadə 7 fevral Prezident seçkisində iştirak etmək üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.
Bu barədə Yusif Bağırzadənin Musavat.com-a verdiyi açıqlamada deyilir: “7 Fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkisinin ilk dəfə olaraq Respublikamızın bütün ərazisində keçiriləcəyini və bu seçkilərin ölkəmiz və regionumuz üçün olduqca əhəmiyyətli dövrə təsadüf etdiyini nəzərə alaraq Prezident seçkilərində iştirak haqqında qərar qəbul etmişəm.
44 günlük Vətən savaşı və suverenliyimizin bərpasından sonra yaranmış yeni reallıqlar hər kəsdən bu seçkilərdə fəal olmağı tələb edir. Əminəm ki, 7 fevral seçkiləri mühüm siyasi hadisə olmaqla yanaşı həm də Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı olacaq.
Namizədliyimi öz təşəbüsümlə irəli sürürəm və hər kəsi bu seçkilərdə fəal iştiraka çağırıram”.
Qeyd edək ki, Yusif Bağırzadə AMİP-in sədri olub. Həmçinin MSK üzvü olub.
Etibar Seyidağa,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ