Onlayn ictimai-siyasi qəzet
Türkiyənin "Qalatasaray" klubu "Trabzonspor"da çıxış edən ukraynalı müdafiəçi Arseni Bataqovu heyətinə qatmağı planlaşdırır.
Bu barədə "Fotospor" məlumat yayıb.
Mənbənin məlumatına görə, müdafiənin mərkəzində yalnız Əbdülkərim Bardakçının ümidinə qalan İstanbul klubu sol ayaqlı arxa xətt oyunçusuna elçi düşüb. "Qalatasaray"ın bu qış onu transfer etməyə çalışacağı bildirilir.
Bataqov bu mövsüm Türkiyə Super Liqasında "Trabzonspor"un heyətində 10 oyun keçirib. (fanat.az)
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ