Onlayn ictimai-siyasi qəzet
"Toy iqtisadi platforma idi. Burada nə qədər çalışan var idi: aşpaz, qapıçı, bazar, geyim, qızıl mağazası, hamı işləyirdi. Yalançı bir iş idi, köpük şarına bənzəyirdi və partladı".
Bu sözləri müğənni Nazim Pişiyarı "Efirdən kənar" proqramında deyib. Sənətçi toy bazarınını zəifləməsindən danışıb:
"Azərbaycanda bəhsəbəh söhbəti var. Əvvəl toyu ən çox 250 nəfərlər edərdilər. Şadlıq saraylarındakı qiymətlər köpük kimi böyüdü: 700, 800, 1000 nəfərlik zallar yaradıldı. Dedilər qız, oğlan toyunu bir edək. 600 adamı yığaq. Toy ayrı olanda xərc də çoxalırdı: ayrı geyim, hazırlıq. Musiqiçi seçimini də 50 faiz böldülər. Mən də qızımın toyunda belə etdim. Yeməklər gəlirdi, qab-qabın üstünə yığılırdı. İnsan nə qədər yeyər? İsrafçılıq yarandı, Allah da bunu gördü. İndi ağlasığmayan qiymətlər var. Kimsə övladının toyuna filankəsi istəyir, bəy başqasını, gəlin başqasını... Gəlir böyük rəqəmə çatır. Sonra toyda pul yığa bilməyənlər olur, borca girib, bankdan kredit götürdülər. Ona görə də toy biznesi üzüaşağı getməyə başladı". (Axşam.az)
02 Noyabr 2025
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ