Onlayn ictimai-siyasi qəzet
Asiyanın ən varlı ailələrindən olan Ambani ailəsi Dubayda 20 avtomobildən ibarət möhtəşəm karvanla səyahət edərkən böyük təəssürat yaradıb.
Milli.Az xəbər verir ki, hindistanlı milyarder, "Reliance Industries" şirkətinin sahibi Mukeş Ambaninin ailəsinin şəhər boyunca hərəkəti zamanı çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.
Məlumata görə, karvanın tərkibində Rolls-Royce Cullinan, Bentley Bentayga, Mercedes-Maybach kimi bahalı avtomobillər yer alıb. Təhlükəsizlik məqsədilə konvoyda "bomb-proof" (partlayışa davamlı) avtomobillərin də olduğu bildirilir.
Ailənin kiçik oğlu Anant Ambaninin Dubayda alış-veriş mərkəzlərini ziyarət etdiyi zaman müşayiət olunduğu bu karvanın dəyərinin on milyonlarla dollar olduğu iddia olunur.
Lüks avtomobillərdən ibarət karvan Dubay küçələrində hərəkət edərkən sakinlər və turistlər tərəfindən videoya çəkilib. Həmin görüntülər "TikTok", "Instagram" və "X" kimi platformalarda milyonlarla baxış toplayıb.
Qeyd edək ki, Mukeş Ambani hazırda Asiyanın ən zəngin insanı sayılır və sərvətinin 120 milyard dollardan çox olduğu bildirilir.
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ