İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanda seçkilər- Nəticələr bu gün açıqlanacaq

Yunanıstanda parlament seçkiləri keçirilir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 07:00-dan 19:00-dək (Bakı vaxtı ilə 08:00-dan 20:00-dək) açıq olacaq.

Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə təxminən 9,9 milyon vətəndaş səsvermə hüququna malikdir. Üstəlik, Yunanıstanda 16 yaşdan etibarən səs vermək mümkündür. Bunun üçün seçki ilin vətəndaşın 17 yaşı tamam olmalıdır.

 Hər seçiciyə seçkilərdə iştirak edən partiya və koalisiyaların sayına uyğun 36 bülleten veriləcək. Başqa bir bülleten boş olacaq: o, vətəndaşın partiyalardan heç birini dəstəkləmək niyyətində olmadığı halda istifadə olunur. Seçici öz seçimlərinə əsasən müvafiq seçki bülletenini (partiyasının namizədinin adı yazılmış) zərfə qoymalı və yalnız bundan sonra onu seçki qutusuna atmalıdır. Seçiciyə verilmiş bütün qalan bülletenlər isə utilizasiya edilməlidir.

Seçkidə qələbə uğrunda hakim sağ mərkəzçi Yeni Demokratiya Partiyası ilə müxalifətdə olan SİRİZA – Proqressiv Alyansın yarışacağı gözlənilir.

Ana müxalifət olan SİRİZA lideri Aleksis Tsipras seçki qutusu önündə verdiyi açıqlamada, “Vətəndaşlar bu gün təkəbbürlü bir hökuməti geridə buraxmaq və  yeniliklərin yolunu açmaq imkanına malikdirlər,-deyib. 

Yunanıstan Daxili İşlər Nazirliyinin ilk qeyri-rəsmi nəticələri saat 20:30-da elan etməyə başlayacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR