İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanda meşələri qəsdən yandıranlar saxlanılıblar

Yunanıstanda meşələrin yanmasına səbəbkar olan iki kişi saxlanılıb.

Onlardan biri Evbeya adasında, digəri isə Yunanıstanın mərkəzi Larisa bölgəsində saxlanılıb.

Yunanıstanın Mülki Müdafiə naziri Vassilis Kikilias bildirib ki, saxlanılan şəxslər son bir həftə ərzində ölkədə ən azı bir neçə yanğının meydana çıxmasına səbəb olublar.

“Baş verənlər nəinki qəbuledilməzdir, həm də böyük rəzalət və cinayətdir. Siz ölkəyə qarşı cinayət törədirsiniz. Biz sizi tapacağıq. Siz cavab verəcəksiniz” - meşələrin yanmasına bilavəsitə aidiyyəti olan şəxslərə müraciət edən Yunanıstan rəsmisi bildirib.

Öz növbəsində Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis ölkədə meşə yanğınları ilə bağlı 163 nəfərin həbs edildiyini bildirib. O qeyd edib ki, 118 nəfər səhlənkarlıq nəticəsində meşələrin yandırılmasına səbəb olub, 24 nəfər isə yanğını qəsdən törətməkdə ittiham olunur./oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR