İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanda dənizə düşən “F-4” qırıcısının pilotlarından biri ölüb

Bu gün Peloponnes yarımadasının şimal-qərbindəki Andravida aviabazasının yaxınlığında dənizə düşən Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcısının pilotlarından biri ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Hərbi Hava Qüvvələrinin Baş Qərargahının rəsmi açıqlamasında deyilir.

Məlumata görə, 29 yaşlı leytenant Marios-Mixail Turutsikas ölü halda tapılıb, təyyarə komandiri, 31 yaşlı aviasiya kapitanı Efstatios Tsitlakidisin axtarışları isə davam etdirilir.

Pilotların katapult edə biləcəyi barədə məlumat təsdiqlənməyib.

Xatırladaq ki, iki nəfərlik “F-4” qırıcısı səhər saatlarında Andravida hava limanından 25 dəniz mili cənubda dənizdə təlim uçuşu zamanı qəzaya uğrayıb. Uçuşda onu başqa bir “Phantom” müşayiət edirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR