Onlayn ictimai-siyasi qəzet
Yunanıstan Rusiya qazı olmadan da keçinə bilər, çünki o, kifayət qədər enerji ehtiyatlarını təmin edib.
Musavat.com xəbər verir ki, bu sözləri Yunanıstanın Gastrade qaz şirkətinin idarəedici direktoru Konstantinos Sifneos deyib.
O, ERT News-a müsahibəsində bildirib ki, ölkəsinin Rusiya qazının tədarükündə hər hansı fasilədən qorxmasına səbəb olacaq şərtlər yoxdur.
Sifneosun sözlərinə görə, Yunanıstan təxminən 6 milyard kubmetr qaz almalıdır: "Rusiya qazı olmadan belə, idxal imkanlarımız ölkənin ehtiyacından iki dəfə çoxdur".
Sifneos əlavə edib ki, Revytus və Aleksandrupolisdəki LNG terminallarının işləməsi sayəsində Yunanıstan qazla bağlı ehtiyaclarını tamamilə təmin edə bilər.
Yunanıstanın “Energypress” portalının məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkə təbii qazın 56,9 faizini Rusiyadan alıb.
Yunanıstan Rusiya qazını Qara dənizin dibi ilə uzanan “Türk axını” vasitəsilə alır.
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ