İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuliya Navalnaya: “Putinlə razılaşmaq mənasızdır, sizi aldadacaq”

Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında Rusiyanın mərhum müxalif lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya çıxış edib.

Musavat.com
xəbər verir ki, o, həyat yoldaşının bir il əvvəl Rusiya həbsxanasında öldüyünü xatırladaraq, bu hadisədə Rusiya Prezidenti Vladimir Putini ittiham edib.

“Exo Kavkaza” nəşrinin məlumatına görə, Navalnaya çıxışında Putinin yalan danışdığını və qaydaları öz maraqlarına uyğun dəyişdiyini vurğulayıb:

“Əgər siz Putinlə danışıqlar aparmaq qərarı vermisinizsə, sadəcə xatırlayın ki, o aldadacaq, yalan danışacaq, qaydaları son anda dəyişəcək və öz oyununu oynamağa vadar edəcək”.

O, həmçinin Rusiya liderinin tezliklə hakimiyyətdən gedəcəyini və ölkənin azad olacağını bildirib. Navalnayanın sözlərinə görə, bu dəyişikliklər baş verəndə demokratik islahatlar üçün qısa bir imkan pəncərəsi açılacaq və buna görə də indidən dəqiq plan hazırlanmalıdır.

Hələlik nə Rusiya rəsmilərindən, nə də Qərb ölkələrindən onun bu çıxışına hər hansı rəsmi reaksiya verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR