Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rüfət Nahid oğlu Mahmud "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri təyin edilib.
Musavat.com Rüfət Mahmudun dosyesini təqdim edir:
1975-ci ildə anadan olan Rüfət Mahmud 1992-1997-ci illərdə Xəzər Universitetində təhsil alıb.
2000-2002-ci illərdə Dövlət İqtisad Universitetində təhsilinin magistratura pilləsini bitirib.
2006-2007-ci illərdə ABŞ-nin (Nyu York) Sirakuza Universitetinin Vətəndaşlıq və İctimai Əlaqələr Məktəbində ("Maxwell School") təhsilini davam etdirib.
2001-2006-cı illərdə İqtisadiyyat Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
2007-ci ildə Dünya Bankında məsləhətçi, 2008-2009-cu illərdə İqtisadiyyat Nazirliyində departament rəhbəri olub.
2009-2010-cu illərdə Beynəlxalq Valyuta Fondunda işləyən R.Mahmud 2009-2018-ci illərdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri olub.
Rüfət Mahmud eyni zamanda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Maarifçi" Tələbə Kredit Fondunun icraçı direktoru olub.
2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri postunu tutub.
2023-cü ilin yanvarında Dövlət Neft Şirkətinin Rusiyadakı törəmə şirkəti olan "SOCAR RUS" şirkətinin baş direktoru təyin edilib.
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ