İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüksək vəzifəli məmurlar İŞDƏN QOVULDU - ŞOK CİNAYƏT

Ukraynanın regional işə qəbul mərkəzlərinin 33 məmuruna qarşı cinayət işi davam edir.

Musavat.com "Insider" istinadən xəbər verir ki, hər bir işə qəbul mərkəzinin müdiri artıq vəzifəsindən azad edilib. Məlumata əsasən, onların yerlərinə müharibə veteranları təyin olunacaq.

İddialara görə, işə qəbul mərkəzinin məmurları insanların hərbi xidmətdən yayınmalarına kömək etmək üçün 10.000 dollara qədər rüşvət alıblar.

Ordunun yeni əsgərlərə ehtiyac duyduğu dövrdə ortaya atılan rüşvət iddialarını “xəyanət” kimi qiymətləndirən Ukrayna prezidenti Volodimir Zelenski günahkarların hamısının cəzalandırılacağını vurğulayıb.

64d72b9c4e3fe1059093188d.jpg (46 KB)

Dünən Ukrayna mətbuatında çıxan xəbərlərdə Ukraynanın müdafiə naziri Oleksii Reznikovun da vəzifəsindən azad ediləcəyi iddia edilib. Ukraynanın gündəlik qəzeti “Ukrainskaya Pravda” Zelenskinin Reznikovu əvəzləməyi düşündüyünü və iki şəxsin adının gündəmə gəldiyini yazıb. Bu şəxslər infrastruktur naziri Oleksandr Kubrakov və Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışindir.

 

Lakin bu iddialar rəsmi şəkildə öz təsdiqini tapmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR