Onlayn ictimai-siyasi qəzet
Arterial təzyiqin normallaşması üçün çox xəstə ürək və beyini müalicə etməyə başlayır.
Endokrinoloq Aleksandr Dreval təzyiqə qarşı qalxanvari vəzin aktivliyini azaltmaq lazım olduğunu bildirib.
“Hipertoniya təzyiqin 140-dan yuxarı olduğu hala deyilir. Hipertoniyanın səbəbini araşdırmaq üçün ürək, qan və damarlar yoxlanmalı, həyat və qidalanma tərzi dəyişməlidir.
50% hallarda təzyiqin səbəbi qalxanvari vəz və buna bağlı olaraq zob, diabet, artıq çəki və s. problemlərdir. Məhz bu kiçik orqan təzyiqi də idarə edir. Adətən qadınlarda hiperterioz – vəzin normadan artıq aktivliyi zamanı təzyiq “oynayır”. Bu zaman qanda adrenalin miqdarı çox olur. Eləcə də stress zamanı adrenalin qanda çox olduğu üçün təzyiq də qalxa bilir. Belə hal aşkarlanarsa, birinci növbədə qalxanvari vəzi müalicə etməli, funksiyasını azaltmalı, diffuz toksiki zob varsa, müəyyənləşdirməlisiz.
Təzyiqi idarə edən orqanlar ürək, beyin, damarlar və böyrəklərdir. Bu orqanlar da yoxlanmalıdır”, - həkim vurğulayıb. (medicina)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ