Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda yeni növ radarlar quraşdırılır.
Xezerxeber.az-ın məlumatına görə, sürət həddinin tez-tez aşıldığı ərazilərdə artıq qurğular yerləşdirilərək istifadəyə verilib.
Quraşdırılan tablolarda maşının nömrəsi və sürət həddi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, elektron tabloların quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl edilməsidir.
Qeyd edək ki, bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması üçün işlər davam etdirilir.
Ətraflı süjetdə:
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ