İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yoldaşımı itirməyim ən ağır günüm olub” - Vasif Məhərrəmli efirdə AĞLADI - VİDEO

ATV-nin “1 Dəqiqə” proqramının budəfəki qonağı müğənni Vasif Məhərrəmli olub.

Müğənni həyatının ən ağır günündən danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Övladım yaş yarım olarkən həyat yoldaşımı itirməyim həyatımın ən ağır günü idi. Ondan o tərəfə mənim ağır günüm olmayıb. 2 il sonra da atamı itirdim. El deyimi var, deyirlər ki, atalar övladlarının çiynində həyatdan getsin. Özüm də içində olmaqla valideynlərə arzulayıram ki, gecindən olmaqla övladlarının çiynində getsinlər. Amma ən ağır günüm həyat yoldaşımı itirdiyim gün idi”

Müğənninin həyat yoldaşı rəhmətə gedərkən 7 aylıq övladı da ana bətnində dünyasını dəyişib.

“O anda onu düşünmürsən. Bəlkə də məni qınayarlar, amma bətndə olanı düşünmürsən. Zaman-zaman mənə çox böhtanlar, şərlər atıldı. Hamısına sinə gəldim”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR