İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisi bu sürücüləri axtarır - AÇIQLAMA, FOTO

Son günlər sosial şəbəkələrdə sürücülərin mədəniyyətsiz davranışı, yol qaydalarını kobud şəkildə pozması müzakə edilir.

Bİldirilir ki, sürücülər səkiləri və piyadalar üçün nəzərdə tutulan keçidlərin üstündə avtomobillər saxlayır və beləliklə də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə birbaşa zərbə vururlar.

Gundem.az xəbər verir ki, bununla bağlı “Malakan bağı” adlanan ərazidə çəkilən foto da paylaşılıb. Fotoda sürücünün avtomobili səhv şəkildə park etməsi əks olunur. 

1696957763_whatsapp-mage-2023-10-10-at-19_35_43.jpeg (284 KB)

Görünür ki, bu park etmə nəticəsində piyadaların və digər avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.

Ümumiyyətlə son zamanlar şəhərsalma prinsiplərində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün şərait yaradılmağa çalışılır. Lakin qayda pozan sürücülər öz hərəkətləri ilə piyadalara süni maneələr yaradırlar.

Ekspertlər də, bildirirlər ki, dayanma-durma və parklama qaydaları ilə bağlı pozuntular kifayət qədər çoxdur. Nəqliyyat eksperti Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirib ki, bunun da səbəbi sürücülərin daha çox şəhərin mərkəzinə meyilli olmalarıdır.

“Şəhərin mərkəzində isə parklanmalar üçün məhdudiyyətlər tətbiqv edilir. Hesab olunur ki, şəhər ərazisində ətraf mühitin qorunması üçün vacib bir addımdır.

Mahiyyət etibarı ilə doğru bir yanaşmadır. Amma bu o demək deyil ki, insanlar bundan qeyzlənməlidir və öz bildikləri kimi davranmalıdırlar.

Yol hərəkətinin təhlükəsizliyi təmin olunmalıdır və hər kəs də yol qaydalarına əməl etməlidir. BU kobud şəkildə parklanmaların qarşısı alınmalı haldır.

Bəziləri qaydalara əməl etmirlər, özlərindən başqa heç kimi düşünmürlər, avtomobillərinin baha olmasına güvənirlər.

Düşünürlər ki, bahalı avtomobilə yaxın getməzlər və ona toxunmazlar. Lakin hər kəs qanun qarşısındav bərabərdir.

Sosial şəbəkələrdə fotoları yayılan qayda pozan avtomobil sürücülərinin hamısı cərimələnir. Görünür onların pulları çoxdur ki, cərimə onlara çox da təsir etmir. Sanki parklanmaya ödəniş kimi yanaşırlar. Bu zaman fərqli cəza üsulundan istifadə etmək olar.

İndiki halda bəzi insanlar üçün 20 manat cərimə yüngül cəzadır. Ona görə rahat şəkildə qayda pozurlar. İndi şəhərlərdə yanaşmalar dəyişir. Əsas üstünlük piyada gəzənlərə verilir və piyada gəzmək üçün şərait yaradılır”, - deyə E.Muradlı bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə və xəbərlərdə göstərilən qayda pozuntularına yol verilən avtomobillərin sürücüləri yol polisi tərəfindən müəyyən olunur və qanun çərçivəsində cəzalandırılır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, bütün qayda pozan sürücülər kimi həmin şəxs də müəyyən ediləcək və qanun çərçivəsində tədbir görüləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR