İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prezidenti ədliyyə nazirini yola saldı

Qriqor Minasyan rəsmən ədliyyə naziri vəzifəsindən azad edilib.

Musavat.com bildirir ki, Ermənistan prezidenti bu barədə sərəncam imzalayıb.

Bir gün əvvəl Minasyan tutduğu vəzifədən istefa ərizəsi verdiyini açıqlamışdı.

Bundan əvvəl hakim fraksiyadan olan bir neçə deputat tərəfindən imza toplanması başlayıb.

Hökumət deputatları tez-tez ictimai narazılıqlarını bildirirdilər və partiyanın son iclaslarının birində Serj Sərkisyanın kürəkəni Mikael Minasyanın qardaşının yüksək vəzifəyə “biabırçı” təyinatı ilə bağlı çıxışlar edirdilər.

Robert Köçəryanın qızının sinif yoldaşı Sirvard Gevorkyanın bu yaxınlarda nazir müavini təyin edilməsi də qalmaqala səbəb olub. Lakin o, nazirin getməsinə az qalmış istefa verib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR