İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlaxda özünü Kürə atan şəxs xilas edilib

Yevlaxda intihara cəhdin qarşısı alınıb.

Bu barədə Musavat.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin intihar etmək məqsədilə özünü suya atması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR