İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı dəhşətli qəzada 3 azərbaycanlı həlak olub - FOTOLAR

Rusiyada azərbaycanlıların olduğu minik avtomobili dəhşətli şəkildə qəzaya uğrayıb.

Musavat.com bu barədə Rusiyadakı həmvətənlərimizə istinadən məlumat verir. Samara vilayətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər dünyasını dəyişib. Dəhşətli hadisənin qurbanları 21 yaşlı Yusif Mehmanov, 28 yaşlı Rəşad İsgəndərli və 34 yaşlı Rəqif İsgəndərlidir. Onların qohum, iki nəfərin isə qardaş olduqları bildirilir. Rusiyadakı soydaşlarımız Azərbaycandakı kimi, şimal qonşumuzda da yol nəqliyyat hadisələri ilə bağlı itkilərin çox olduğunu vurğulayıblar. Sözügedən hadisənin səbəbləri barədə təfsilatlı məlumat verilmir.

Dünyasını dəyişənlər Yardımlı rayonu, Vərgədüz kəndində anadan olublar. Onların cənazəsi sabah Vətənə yola salınacaq.

Musavat.com-un əldə etdiyi məlumata görə, Yusif uşaq vaxtından Rusiyada yaşayırmış. Ulyanovskda yaşayan həmyerlimiz subay olub.

Rəşad isə Ulyanovskda 5 ildən artıq yaşayıb, evli olub, 1 övladı var. 4 övlad atası olan Rəqif isə həmyerlilərinin yanlna qonaq gəlibmiş.
Allah rəhmət eləsin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR