İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlax səmalarında güclü partlayış: SƏBƏB bilindi! RƏSMİ

Ötən gecə Yevlax səmasında güclü partlayış olub.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə bu barədə çoxsaylı məlumat yayılıb. İstifadəçilər partlayışdan sonra Yevlax rayonunun böyük bir qismində elektrik enerjisi verilişinin dayandırıldığını, rayonun qaranlığa qərq olduğunu yazıblar. Bundan əlavə, bəzi istifadəçilər isə Yevlaxa raket atıldığı, Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin onu səmada vurduğunu iddia ediblər.

Səhər saatlarında verilən məlumatdan aydın olub ki, partlayış gecə saatlarında elektrik enerjisi naqillərini ildırım vurması nəticəsində baş verib.
Bununla bağlı yayılan rəsmi məlumata əsasən gecə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində Yevlaxı elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib.

APA-ya bildirilib ki, rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında “Yevlax Elektrik Şəbəkə”-nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR