İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yəqin Jirinovskinin Ermənistanı nəyə bənzətdiyini xatırlayanalar var” -Sahib Alıyev

“Avropa Birliyi Şurası Ermənistana iki illik mülki missiya (EUMA) göndərməklə bağlı qərar qəbul edən gün bunu pisləmişəm. Və bildirmişəm ki, Brüsseldəkilər sözügedən missiyanın Azərbaycanla Ermənistan arasında guya əlaqələri normallşadırmağa, ehtimad mühitini artırmağa xidmət edəcəyini deyirlər, ancaq bu, bir tərəfdən cəfəngiyyat, digər tərəfdən isə riyakarlıqdır”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a, Ermənistana iki illik missiyanın göndərilməsi ilə bağlı Avropa İttifaqının qəbul etdiyi qərarı şərh edərkən söylədi. Onun sözlərinə görə, bizim razılığımızı almadan Avropa Birliyinin Azərbaycan-Ermənistan şərti sərhəddi boyunca missiya yerləşdirməsi tərəflər arasında əlaqələrin normallaşmasına xidmət etmək deyil, gərginliklərə yol açmaqdır: “İkincisi, atılan bu addım iddia edildiyi kimi, Azərbaycanla Ermənistan arasında etmiad mühiti yaratmayacaq, əksinə, missiya göndərən quruma olub-qalan güvənimizi də sıfra endirəcək. Bir də əslində bu missiya Avropa Birliyinin yox, son zamanlar Azərbaycana yanaşmada açıq düşmənçilik siyasəti yeridən Fransanınkıdır. Avropa Parlamentində ölkəmizə əleyhinə qəbul edilən qətnamələr kimi, indiki missayının göndərilməsinin də arxasında məhz rəsmi Paris durur. Prezident Makron Avropa Birliyini də öz yöndəmsiz, beynəlxalq hüquqa zidd və ölkəsinin potensialını aşan siyasətinin qurbanına çevirir”.

Bir çox ekspertlərdən fərqli olaraq, S.Alıyev deyir ki, sözügedən missiya Ermənistanda Rusiya ilə Avropa Birliyinin toqquşmasına səbəb olmayacaq: “Yüz nəfərlik missiya Rusiya üçün elə də böyük təhlükə törətmir, əksinə, onların varlığı hardasa həm də Moskvanın maraqlarına xidmət edir. O baxımdan xidmət edir ki, bu, Ermənistan rəhbərliyində və çəmiyyətində illuziya formalaşdıraraq onları sülhdənsə, revaşizmə həvəsləndirir. Digər tərəfdən də az öncə qeyd etdiyim kimi Azərbaycanda Avropa Birliyinə olan müəyyən etimadı güvənsizlik və açıq narazılıqla əvəzləyir. Ancaq, əlbəttə missiyanın varlığının Moskvanı qıcıqlandırdığı da danılmaz faktdır. Qıcığıa səbəb isə Fransanın onun da marağına cavab verən hərəkəti deyil, hayların özlərinə yeni süzeren axtarışları və cəhdləridir. Yəqin Jirinovskinin Ermənistanı ərinə xəyanət etməyə çalışan qadına bənzətdiyini xatırlayanalar var. Yəni bir daha vurğulayıram ki, Fransanın atdığı addımlar Rusiyanı heç də narahat etmir, Kreml həmən ölkənin potensialına yaxşı bələddir və rəsmi Parisin Ermənistana yanaşmada yeritdiyi siyasətin əleyhinə yönələn hissəsinin aysberqin görünən, maraqlarına cavab verən hissəsinin isə görünməyən tərəfi olduğunun gözəl fərqindədir”.

S.Alıyev maraqlı bir detala diqqət çəkir: “Ümumiyyətlə, mən belə fikirləşirəm ki, Farnsanın Ermənistandakı canfəşanlığının arxasında onun Avstraliya ilə 56 milyardlıq sualtı qayıq sövdələşməsini 2021-ci ilin payızında havaya ucuran iki dövlətdən birinə-Böyük Britaniyaya nəsə göstərmək cəhdi durur. Avropa Birliyinin bəzi üzvləri də ola bilsin ki, məhz “Breksit” olayına görə Fransının sözügedən qurumdan Britaniya əleyhinə öz avantürist məqsədləri üçün faydalanmasına göz yumurlar”.

Son zamanlar bir-birinin ardınca ABŞ-dan Laçın yolu ilə bağlı “narahatlıq” dolu açıqlama və çağırışlara gəldikdə, deputat hesab edir ki, ABŞ Dövlət Departamenti sözçüsünün ölkəsinin Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlardan yana olması haqda açıqlamasının hədəflərindən biri də Fransadır: “Çünki məhz Fransa Avropa Birliyinin xətti ilə keçirilən görüşlərə soxularaq o platformada əldə edilən müsbət meyilləri aradan qaldırdı, danışıqların dayanmasına səbəb oldu. İstisna etmirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevə ABŞ-ın dövlət katibi Entoni Blinkenin dünənki zəngi zamanı məhz Fransanın pozucu hərəkətlərinə də toxunulub ki, ardınca Ned Prays belə fikirlər səsləndirib. Onun Laçın yoluyla bağlı həqiqəti əks etdirməyən sözləri isə hayların qulağına sığal çəkmək və mümkün qədər onları Rusiya əleyhinə kökləmək üçündür”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR