Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Kiyev şəhərində yeniyetmə elektrik qatarının damına çıxaraq faciəvi şəkildə həyatını itirib.
Musavat.com-un xarici mediadan topladığı məlumata görə, o, qatara yapışaraq (zaçeper) təhlükəli hərəkət edərkən elektrik cərəyanına düşüb və alovlanıb. Hadisə şahidləri onun son anlarını izləyib, çəkib, lakin kömək etmək mümkün olmayıb.
Yanğını söndürmək mümkün olsa da, yeniyetmə ağır yanıq xəsarətləri alıb. Hadisə yerində sərnişinlər onun dəhşətli qışqırıqlarını eşitsələr də, təcili yardım gələnə qədər heç nə edə bilməyiblər.
Həkimlərin səylərinə baxmayaraq, xəstəxanaya aparılan yeniyetmə orada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ