Onlayn ictimai-siyasi qəzet
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada qalib olmağı Çempionlar Liqasını qazanmaq qədər əhəmiyyətli hesab edir.
Qol.az xəbər verir ki, bir neçə gün əvvəl "Mançester Siti" Premyer Liqanın 33-cü turunun matçında "Arsenal"a qalib gəlib (4:1). Həmçinin Qvardiolanın komandası Çempionlar Liqasının yarımfinalında "Real"la qarşılaşacaq .
Mütəxəssis "Manchester Evening News"a açıqlamasında deyib: "Hələ "Real"la oyununa hazırlaşmamışam. Mən adətən yalnız qarşıdakı matçla maraqlanıram. Bu və ya digər turnirə üstünlük verməyə vaxtımız yoxdur. Yenidən İngiltərə çempionu olmaq Çempionlar Liqası ilə eyni səviyyədədir.
İndi “Fulhem”i düşünürəm, sonra “Vest Hem”, “Lids” haqda düşünəcəm. Bundan sonra isə "Real"la oyuna hazırlaşacağıq".
Qeyd edək ki, "Mançester Siti" 73 xalla lider "Arsenal"dan 2 xal geri qalır. Ancaq Mançester təmsilçisinin London klubundan 2 oyun az keçirib.
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ