İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Zelandiya İranın təhlükəsizlik qüvvələrinin rəhbərlərinin ölkəyə girişinə qadağa qoyub

Yeni Zelandiya hökuməti ölkədə etiraz aksiyalarının yatırılması ilə əlaqədar İran İnqilabı Mühafizəçiləri Qvardiyasının (SEPAH) və bu ölkənin hüquq-mühafizə orqanlarının 22 əməkdaşına qarşı sanksiya tətbiq edib.

AZƏRTAC “Yeni Zelandiya Radiosu”na istinadla xəbər verir ki, bu barədə dekabrın 12-də Yeni Zelandiyanın Baş naziri Casinda Ardern və xarici işlər naziri Nanaya Mahuta bəyan ediblər.

“Məhsa Əmini ilə əlaqədar baş verənləri bağışlamaq olmaz. Yeni Zelandiya İran xalqını, xüsusən də qadınları və qızları dəstəkləməkdə davam edəcək. Yeni Zelandiya hər zaman qəti şəkildə dinc nümayişləri və insan haqlarını müdafiə edəcək, İran hakimiyyət orqanlarının insan haqları uğrunda mübarizə aparan etirazçılara qarşı sərt tədbirlərini pisləyəcək”, - deyə C.Ardern bildirib.

İlkin olaraq, qadağanın 22 nəfərə tətbiq ediləcəyi bildirilir. Onlara Yeni Zelandiyaya gəlmək və ya bu ölkədən tranzit şəklində istifadə etmək qadağan edilib.

Qeyd edək ki, İranda iğtişaşlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR