İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni sosial şəbəkəyə bir neçə saata 10 milyon insan qoşuldu

ABŞ-nin “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin yeni yaratdığı “Threads” sosial şəbəkəsinin istifadəçilərinin sayı durmadan artır.

“Qafqazinfo” xəbər verir ki, bu gün istifadəyə verilən mobil tətbiqdə 7 saat ərzində 10 000 000-dan çox insan qeydiyyatdan keçib.  

Bu barədə Zukerberq sözügedən platformadakı hesabında bildirib.

Qeyd edək ki, “Threads” instaqramın bazasında çalışır və tviterin analoqu hesab olunur.

Xatırladaq ki, bir müddət əvvəl “Meta” şirkətinin rəhbəri Mark Zukerberq tviter sosial şəbəkəsinin sahibi İlon Maskla “qəfəs döyüşü” keçirməyə hazır olduğunu demişdi. Biznesmenlər arasında mübahisəyə səbəb “Meta”nın menecerlərindən biri şirkət rəhbərliyinə tviterə rəqib ola biləcək “Threads” (yaxud Project 92) tətbiqinin necə olacağını təqdim etməsi olmuşdu. Lakin sonradan “qəfəs döyüşü” baş tutmamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR