Onlayn ictimai-siyasi qəzet
Yeni Klinikada ilk dəfə İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində orqan transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Canlı donor vasitəsilə icra edilən böyrək transplantasiyası əməliyyatı uğurla başa çatıb.
Musavat.com xəbər verir ki, xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuş 26 yaşlı kişi xəstəyə 59 yaşlı atasının böyrəyi köçürülüb.
Əməliyyat laparoskopik (qapalı) üsulla icra olunub və həm donorun, həm də qəbul edən xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Əməliyyatı uğurla icra edən həkimlərdən biri tanınmış transplantoloq-cərrah Eldar Əhmədov olub.
Bu barədə Yeni Klinikanın İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Nuridə Allahyarova sosial media hesabında məlumat paylaşıb.
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ