İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni kaledoniyalı siyasətçi: "Fransa cinayətkardır və heç kimə dərs verə bilməz"

"Fransa cinayətkardır və heç kimə dərs verə bilməz".

Bunu Yeni Kaledoniyanın Lifu kommunasının bələdiyyə müşaviri Kayzi Pyer Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın açıq müzakirə sessiyasında deyib.

O, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin zəruri olduğunu bildirib: "Biz bugünkü müzakirələrimizdən sonra nə etməli olduğumuzu bilməliyik. Nəticə əldə etmək üçün sıralarımızı daha da genişləndirməliyik. Bakı Təşəbbüs Qrupu bizə geniş imkanlar yaratdı, bundan daha düzgün istifadə etmək istərdik. Efiopiya, Keniya və digər ölkələrdən da sıralarımıza qoşulmalarını təklif edirəm. Digər qardaş ölkələrlə danışmışıq. Bizə qoşulub təkliflər verə bilərlər"./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR