İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni FƏLAKƏT yaxınlaşır: "Əhalinin təhlükəsizliyi TƏHDİD altındadır"

Xəbər verdiyimiz kimi, Rusiyanın nəzarətində olan Xerson vilayətində Nova Kaxovka bəndi vurulub. Ukrayna ordusu və NATO Rusiyanı nəhəng bəndi partlatmaqda ittiham edib. Rusiya isə bu iddianı təkzib edərək qarşı tərəfi günahlandırıb. Daşqınlar səbəbindən bölgədən təxliyələr başlanıb, suyun səviyyəsi kritik həddə çatıb. 

Nova Kaxovka bəndinin dağılması 1986-cı ildə Çernobıl hadisəsindən sonra Avropada ən böyük texnogen fəlakət adlandırılır.

Musavat.com xəbər verir ki, indi mənfi hadisələrə mina təhlükəsi də əlavə edilib.

Kaxovka bəndinin partlaması nəticəsində yaşanan daşqın Rusiya qoşunlarının Dnepr çayının cənub sahilinə qoyduğu minlərlə minanı üzə çıxararaq Qara dənizə doğru sürükləyir.

Ukrayna ilə yanaşı, Beynəlxalq Qızıl Xaç təşkilatı da mina böhranının əlavə fəlakət olduğunu təsdiqləyib:

"Kaxovka bəndi dağılmamışdan əvvəl biz bilirdik ki, ruslar Ukrayna ordusunun çaydan keçməsinin qarşısını almaq üçün sahillərə minalar qoyurlar. Mina xəritələri də var idi. Sahil zolağında olan bu minalar sel sularının təsiri ilə yerlərindən çıxaraq hərəkətə keçib. Kaxovka bəndindən Qara dənizə qədər uzanan, 150 kilometr enində olan sahil zolağında minalarla qarşılaşma ehtimalı yüksəkdir. Xüsusilə sular çəkiləndə bu minalar mülki əhalinin təhlükəsizliyini təhdid etməyə başlayacaq. Onların yeri məlum olmadığı üçün təmizləmək, demək olar ki, mümkün deyil".

6484fb4f4e3fe025c4619297.jpg (114 KB)

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR