İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni An-225 təyyarəsi hazırlanır

Ukraynada ikinci An-225 yük təyyarəsinin istehsalına başlanılıb.

APA-nın Bild nəşrinə istinadla xəbərinə görə, bu barədə Antonov Dövlət Müəssisəsinin direktoru Yengeni Qavrilov məlumat verib. Direktorun sözlərinə görə, yeni təyyarənin 30%-i hazırdır. İstehsalat prosesində yeni detallarla yanaşı birinci təyyarənin yararlı detalları da istifadə ediləcək. layihənin dəyəri 500 milyon dollardır.

Qeyd edək ki, dünyanın ən böyük yük təyyarəsi olan An-225 (Mriya) fevralın 27-də Qostomel şəhərindəki aeroportda Rusiya ordusu tərəfindən məhv edilib. İkinci An-225-in hazırlanması isə Sovet İttifaqının süqutu nəticəsində yarımçıq qalmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR